Günümüzdə daha sürətli və daha həcmli məlumat saxlama qurğularının sayı durmadan artmaqda davam edir. Məhz bu tendensiya peşəkar məlumat bərpa mərkəzlərinin yaradılmasına rəvac vermişdir.

Kifayət qədər rəqabətli mühit formalaşdığı üçün hər bir istehsalçı daha mükəmməl məhsullarla bazarı fəth etmək istəyir və bu təbiidir. Lakin yaddaş qurğuları sahəsində bu cür sürətli inkişafın hər zaman nəzərdən qaçan bir tərəfi olur. Bu isə daha mürəkkəb alqoritmlərdən və texnologiyadan istifadə edilərək yaradılmış yüksək məlumat saxlama tutumuna malik olan yaddaş qurğularının istənilən zədəyə qarşı daha həssas olmasıdır. Bu cür həssaslıq isə zədələnmiş qurğulardan məlumatların bərpasını daha da mürəkkəb edir. Buna görə də təəccüblü deyil ki, dünyada bu kimi bərpa işləri ilə peşəkar məşğul olan çox az sayda şirkətlər var. PITS olaraq İnformasiya Texnologiyaları sahəsinin ən vacib qollarından biri olan Məlumat Bərpası Xidmətlərini ölkəmizə gətirməyə qərar verdik!

PITS Peşəkar Məlumat Bərpası (PITS PMB) PITS Peşəkar İT Xidmətlərinin bir hissəsi olub, Qafqazda bu sahə ilə məşğul olan və Western Digital (WD) / Seagate ilə rəsmi əməkdaşlıq edən ilk və yeganə şirkətdir. Bütün peşəkar bərpa şirkətlərində olduğu kimi biz də bir qızıl qanunla işləyirik:

Bərpa yoxdursa, ödəniş də yoxdur!

20 kv.m-lik Təmiz Otaq standartlarına uyğun laboratoriya şəraitində istənilən növ toza, işığa və nəmişliyə qarşı həssas olan yaddaş qurğularının sökülməsi, analizi və yenidən yığılması həyata keçirilir. Biz nə dərəcədə ciddi bir sahə ilə məşöul olduğumuzu gözəl anlayırıq və durmadan inkişafa can ataraq dünya miqyaslı bir dəyər yaratmağa çalışırıq.

Missiyamız

Missiyamız kifayət qədər sadədir. Müştərilərimizin bizə təqdim etdiyi bütün yaddaş qurğularından məlumatları bərpa etmək və bu sahədə Qafqazda qeyd-şərtsiz lider olmaq.

Vizyonumuz

Ölkəmizdə məlumatların bərpası üzrə ilk peşəkar şirkət olduğumuzdan qısa zaman ərzində müştərilərimizin etibarını qazanmaq, bilik və təcrübəmizin hər kəsə əlçatan olması üçün var gücümüzlə çalışmaq.

Şüarımız

Biz Məlumatları Bərpa Edirik•Biz İnam Yaradırıq

Müştəriləri Məmnuniyyəti

Şirkətimizin fəaliyyət prinsiplərindən ən önəmlilərindən biri müştəri məmnuniyyətidir. Müştəri məmnuniyyətini yüksək həddə saxlamaq üçün xidmətlərimizi keyfiyyətini daima inkişaf etdiririk

“Mənim seagate çətin diskimdə böyük problem olmuşdu. Formatı dəyişmişdi və fayl sistemi silinmişdi içindəki çox vacib fayıllarım yoxa çıxmışdı.hətda kompda belə açmırdı. Çox ustaya göstərdim bacarmadılar, özümdə bacarmadım çünki həqiqətəndə tamamilə hər şey yoxa çıxmışdı bərpa etmək olmurdu. Və mənə Pits Llc ni məsləhət gördülər. Apardım Pits Llc-yə və beş gün sonra mənə bütün Fayllarımı necə var elədə qaytardılar. çox tez və tam bərpa etdilər. Çox sevindim ki Azərbaycanda belə bir şirkət var. Bu sevinci mənə yaşatdığınız üçün çox sağolun. Alınsaydı 10 ulduz verərdim.”

Bali Baghirli, Photographer

“20 illik heyatimin en gozel, deyerli anlari 70gb lik melumat 500gblik hard diskimde itmishdir. Hollandiyanin bir sira gabagcil shirketlerine geder muraciet etmishdim. Alinmamishdir. Pits shirketi sag olsun bu meseleni qisa bir zaman erzinde yuksek keyfiyyetde hell etdi ve butun melumatlari berpa etdi, hetta onlar hard diske catmayan bir detal ucun Moskva sheherine yollandilar ve meseleni hell etdiler. Azerbaycanda rastlashdigim en halal duzgun, degig ve profesional calishan shirket kimi yadimda galdi. Halal olsun, onlara ugurlar arzu edirik ve her kese tovsiyye edirem !!! Bir daha minnetdaram”

Ilgar Ahmadov, The University of Amsterdam