Müştərilərimizin bilgi və məlumatlarının məxfiliyi bizi əlaqədar edən əsas məsələlərdəndir.

Biz anlayırıq ki, sizin məlumatlarınız çox böyük biznes dəyərə malikdir və bu səbəbdən də məxfi və həssas ola bilər. Sizin bilgi və məlumatlarınız bərpa olunmanın bütün mərhələlərində üçüncü tərəfin girişindən izolə olunacaq. Məlumatlarınızın təhlükəsizliyini və məxfiliyini saxlamaq üçün biz mütəmadi olaraq öz proqram və şirkət siyasətimizi təftiş edirik. Çox gözəl anlayırıq ki, ən kiçik məlumat sızıntısı belə gələcəkdə digər təşkilatların bizə güvənsizliyinə zəmin yarada bilər. Odur ki, məlumatlara üçüncü tərəfin müdaxiləsinin qarşını almaq üçün bilgi və məlumatların idarəedilməsi kimi sərt bir siyasətimiz mövcuddur.

PITS olaraq sizi, bilgi və məlumatlarınızın tamlığının qorunub saxlanılmasından və bu məlumatlara icazəsiz girişə imkan verməyəcəyimizdən əmin edirik. Məxfiliyin qorunması haqqında qaydaları mütəmadi olaraq yeniləmək bizim şirkət siyasətimizdir və heç bir şərt bu siyasəti dəyişə bilməz.

PITS-in məxfiliyin qorunması siyasətinə aşağıdakılar daxildir:

  • Bərpa Olunmuş Məlumat yalnız səlahiyyətli şəxsə təqdim olunur. Səlahiyyətli şəxsin icazəsi olmadan hətta ən yaxın ailə üzvlərinə belə bu bilgi və məlumatlar təqdim oluna bilməz.
  • Bərpa olunarkən məlumatlarınıza yalnız bərpa texniki və onun birbaşa rəhbərinin girişi olacaqdır.
  • Bərpa olunmuş məlumatlar tam təhlükəsiz yerdə – adətən fiziki qorunan və fayl şifrələmə sisteminə malik olan serverlərdə saxlanılır.
  • PITS şirkətinin işçiləri yalnız bərpa prosesi üçün qaçılmaz ehtiyac olduqda sənəd, şəkil və digər faylları açıb baxa bilər.
  • Məlumatlar (bərpa olunmuş və olunmamış) heç bir vəchlə üçüncü tərəfə təqdim olunmur.
  • Müştərinin tələbinə uyğun olaraq bərpa olunmuş məlumatın nüsxələri bərpa məlumatının çatdırılması təsdiqindən dərhal sonra silinir. Bu cür tələb olmazsa bərpa olunmuş məlumatlar 30 (otuz) gün müddətində avtomatik silinmə şərti ilə bizim serverlərdə saxlanılacaq.
Məxfilik müqaviləsi hüquqi sənədi tanış olmaq istəyən istənilən müştərinin ixtiyarına verilə bilər. PITS olaraq yalnız 100% etibarlı və zəmanətli həllər təqdim edirik. Biz həmçinin başa düşürük ki, vaxt pul deməkdir və bu səbəbdən də müştərilərimizə sürətli və səmərəli xidmətlər təklif edirik. Bu işdə bizi digərlərindən fərqləndirən aşağıdakılardır:
  • İxtisaslaşmış heyət: Bizim texniklərin hər biri xüsusi təlim keçib və yüksək təcrübəyə malikdirlər. Bu onlara həssas və məxfi məlumatlar üzərində xətasız işləməyə imkan verir. Biz texnikləri onların məlumatların məxfiliyinin qorunub-saxlanılması bacarığını yoxladıqdan sonra işə qəbul edirik. Bu bizi zamanla ayaqlaşa bilməyimizi təmin etməklə yanaşı bir şirkət olaraq daha da dəyərli edir.
  • Adətən məlumatların bərpası 2-5 iş günü çəkir, amma daha sürətli bərpa üçün sizin Təcili Xidmətlər təklifimizi seçmək imkanınız var. Bu təklif 24/7/365 prinsipi ilə xidmətinizdədir.
  • Məlumatın bərpasının mümkünlüyünə və sizə münasib olacağına əminlik yaratmaq üçün biz təmənnasız olaraq sizin məlumat qurğunuzun ilkin təhlilini və dəyərləndirilməsini həyata keçiririk. Bu tamamilə bütün risk və qiymət öhdəçiliyindən azad bir xidmətdir. Bununla biz sizə məlumatların bərpası xidmətini əldə etməmişdən qabaq yekun nəticəyə gəlməyinizdə yardımçı oluruq.