Flash disklər və digər yaddaş kartları məlumatları saxlamaq üçün kiçik, sabit, dözümlü və daşınabilən cihazlar olaraq yaradılmışlar.

Başlıq, mühərrik və digər mürəkkəb hissələrdən ibarət olmadıqları və səyyar qurğular olduqları üçün flash kartlar qısa zaman ərzində sərt diskləri, floppy qurğularını, habelə kiçik ölçülü sərt diskləri də əhəmiyyətli dərəcədə sıxışdıra bilmişdilər. Bununla yanaşı hətta bu cür sürətli və səyyar qurğuların da öz nöqsanları var. Elektrik boşalmalarına qarşı yüksək həssaslıq və qoşulma xətaları bu nöqsanların əsasını təşkil edir. Əlavə olaraq bu kimi qurğulara məlumatların yazılması alqoritmləri də fərqli və nisbətən mürəkkəbdir.

Flash Disklərdən Məlumatların Bərpası

Bu kimi qurğular bir qayda olaraq kontroller və yaddaş çiplərindən ibarət olur. Ən çox rast gəlinən problemləri isə kontrollerin sıradan çıxmasıdır.
Xüsusi cihazlar vasitəsilə biz sıradan çıxmış kontrollerin vəzifəsini təqlid edərək yaddaş çipindəki məlumatları oxumağı bacarırıq.
Bildirmək istərdik ki, bu kimi qurğulardan məlumatların bərpası çox böyük zəhmət tələb edir. Buna səbəb isə istehsalçı müəssisələrinin sayının çox olması, ümumi qəbul olunmuş standartın olmaması və quröuların yaşam müddətinin qısa olmasıdır. Xüsusən də lehimi açılmış NAND çiplərinin mikro proqramını təqlid edərək məlumatları bərpa prosesi çox vaxt alan bir prosesdir. Burada əsas vaxtı binar şəklində və maşın dilindı olan HEX məlumatı oxunabilən məlumata çevirməkdir.

Bu Xidmətə Daxildir:

1. Bütün növ daşınabilən qurğulardan – USB flash disklər, CF, SD, MS/MMC, XD kartlardan silinmiş məlumatlarən bərpası

2. Zədələnmiş USB disklərdən məlumatların bərpası

İstifadəmizə olan xüsusi cihazlar vasitəsilə bu günə qqədər çoxlu sayda kiçik yaddaş qurğularından məlumatları bərpa edə bilmişik. Hər uğurlu bərpa peşəkarlığımızı daha da artırmaqla yanaşı müştərilərimizn də bizə inamını da gücləndidir.