Hökümət, qeyri-hökümət və özəl təşkilatların İnformasiya texnologiyalarına olan ehtiyacları günü gündən artmaqda davam edir. Bu tendesiya özünü yaddaş qurğularına olan tələbatın artımında da göstərir.

Son dövrlərlə yaddaş qurğuları öz formasına, sürətinə, məlumatların saxlanılma həcminə görə bir birlərindən kəskin olaraq fərqlənirlər. Yaddaş qurğularının arasında IDE və SATA texnologiyalı yüksək həcmli qurğular xüsusi yer alır. İstifadəçi komputerlərində əsasən sərt disklər olaraq məhz bu yaddaş qurğularında istifadə olunur.

IDE və SATA texnologiyalı yaddaş qurğuları müxtəlif fiziki və məntiqi səbəblərdən öz normal funksionallığını itirə bilir və nəticə etibarilə yaddaş qurğularında rezerv olunmuş məlumatlara giriş mümkün olmur.

PITS şirkəti olaraq yaddaş qurğularında yaranmış mexaniki və məntiqi problemləri xüsusi avadanlıqların köməyi ilə aradan qaldıraraq məlumatları bərpa edirək müştərilərimiz üçün dəyər yaradırıq.

Ümumiyyətlə məlumatların bərpası dedikdə sərt diskin məlumatları oxuya bilmək üçün əlverişli vəziyyətə gətirilməsi nəzərdə tutulur. Əgər məlumatların bərpasına ehtiyac olmağını halda sərt diskin özünün təmiri ilə məşğul olmuruq.

Oxuna bilinməyən sektorları olan sərt disklərdən məlumatların bərpası

Yəqin ki, bir çoxlarınız sərt disklərdə tez-tez rast gəlinən “bad sectors” ifadəsini eşitmisiniz. Sektorlarında bu cür oxunaqsız blokları olan sərt disklərdən məlumatların oxunması xətalarına, sənəd və qovluqların, məntiqi ayrılmış disklərin itməsinə gətirib çıxarda bilər. Hətta bu bloklar formatlanmaya da bilər. Bu kimi hallarda məlumatların bərpası xüsusi proqram təminatı-avadanlıq birgə kompleksi olan Data Extractor-ların köməyi ilə həyata keçirilir. Sərt disklə məxsusi texnoloji rejimdə işləyən bu kompleks məhz yararsız sektorlardan məlumatlrı oxumaq, dövrü-nəzarət kodunu redaktə etmək kimi imkana malikdir. Bu əməliyyat zamanı xətalı sektorların böyük hissəsindən məlumatları bərpa etmək mümkün olur. Bəzən elə hallar olur ki, xətalı sektorlar diskin bölgü cədvəllərini və ya fayl sistemi haqqında məlumat daşıyan hissələrini də əhatə edir. Bu zaman sərt diskin surəti digər işlək diskə köçürülür və sonrakı bərpa adi işlək diskən bərpa olunması kimi gedir.

Daimi yaddaş qurğusu (DYQ) və ya xidmət zonası sıradan çıxmış sərt disklərdın məlumatların bərpası

Bu halda disk BIOS tərəfindən ya ümümiyyətlə, ya da düzgün tanınmır. Problem xarakterik taqqıltı səsləri ilə müşayət oluna bilər. Bu kimi hallarda məlumatların bərpası diskin xidmət zonasının və ya  DYQ-nun fəaliyyətini geri qaytarmaqla baş verir. Bu proses xüsusi stentdə xüsusi texnoloji mühitdə baş verir. 

Kontrolleri zədələnmiş sərt disklərdən məlumatların bərpası

Bu halda yenə də xarakterik tıqqıltı səsləri və BIOS tərəfindən tanınmama halı ola bilər. Bərpaya kontrollerin fəaliyyətinin bərpa edilməsinə cəhdlə başlanılır. Mümkün olmadıqa yenisi ilə əvəz edilib  uyğun mikro-proqram təminatının yazılması ilə davam edilir.