Serverlərin daha etibarlı və davamlı işləməsi məsələsi bu sahədə effektiv həllə nail olmaq üçün yeni texnologiyaların icadını labüd etmişdir.

Belə həllər arasında ən uğurlusu bu gün də geniş şəkildə istifadə olunan RAID texnologiyası oldu. Cəmi bir neçə il öncə RAID massivlər SCSI disklərlə çalışan iri müəssisələrin serverlərində istifadə olunurdusa, hazırda ən sadə serverlərdə belə bu texnologiyanın istifadəsi vüsət alıb.

SATA RAID-kontrollerlərin istifadəsinin geniş yayılması işçi kompüterlərdə də RAID massivlərdən istifadə etmək tələbatı yaratmışdır.

Məzmun etibarilə RAID bir neçə müstəqil sərt disklərin birlikdə işləməsidir ki, bu da öz növbəsində serverlərin davamlılığını və məhsuldarlığını artırır
Davamlılığa disklərdə hər zaman kifayət qədər yerin olması ilə nail olunur.
Məhuldarlığa isə bir neçə sərt diskin eyni zamanda işləməsi təminat yaradır.
Bununla belə,məlumatları daha etibarlı qorunması üçün yaradılmasına baxmayaraq RAID massivlər də sıradan çıxmaqdan sığortalanmayıb. RAID massivlər çökən zaman məlumatlar eyni zamanda bir neçə daşıyıcılardan silinir. Məlumatların itməsinə səbəb disklərdən birinin sıradan çıxması ola bilər. Bu zaman zəncirvari reaksiya effekti ilə RAID massivə aid olan bütün disklərdən məlumatlarən itməsi baş verir.

RAID quruluşunun aşağıdakı növləri var:
RAID 0 (mirror/güzgü);
RAID 1 (stripe/zolaq);
RAID 5;
Qarışıq RAID tipləri: 0+1, 10, 30 və 50.
Bunların arasında ən geniş istifadə olunan RAID5-dir. Bu tip massivlər öz qənaətliliyinə görə fərqlənir. Massivdəki disklərdən birinin həcmi sayəsində ehtiyata malik olur. Bu hal disklərdən birinin sıradan çıxması nhalında belə massivin işinin davam edə bilməsinə şərait yaradır. Mənfi cəhəti isə ondan ibarətdir ki, sərt diskin biri sıradan çıxanda bütün massiv kritik iş rejiminə keçir.
Beləliklə də disklərin qızması və ümümi məhsuldarlığın aşağı düşməsi baş verir.

Qısa zamanda sıradan çıxmış disk yenisi ilə əvəz olunmazsa bütün massivdən məlumatların itməsi təhlükəsi böyükdür. Bu halda RAID5-dən məlumatların bərpası əməliyyatına ehtiyacı yarana bilər. Bu əməliyyat isə xüsusi proqram təminatı, avanadlıqlar və RAID massivlərindən məlumat bərpa xidməti ilə peşəkər və təcrübəli heyət tələb edir. Məlumat daşıyıcısının müayinəsi mərhələlərinə missal gətirək.

İlk öncə massivə daxil olan hər bir diskdən məlumatların surətinin alınması mərhələsi gəlir. Daha sonra alınmış bu surətlərin hər birinin strukturu dəqiq analiz edilir. Blokların ölçüsü, rotasiyası, nizamı, yerdəyişməsi və digər səciyyəvi xüsusiyyətləri təyin edilir. Daha sonra RAID5 bərpası növbəti mərhələyə – alınmış surətlərlə işləmə və bir diski əhatə edən, öncədən hazırlanmış RAID sisteminə yığılması mərhələsinə keçir. Yekun mərhələd isə yığılmış RAID sisteminin məntiqi analizi və bərpa olunmuş məlumatın oxunaqlı halının nümayişidir.

Aydın olduğu kimi RAID massivlərindən məlumatların bərpası heç də asan olmayan çoxmərhələli bir əməliyyatdır. Bu əməliyyatı müvəffəqiyyətlə həyata keçirtmək üçün isə xüsusi qurğularla və məhz bu iş üçün nəzərdə tutulmuş proqramlarla təmin olunmuş laboratoriyalar lazımdır.